"Bayern"in idman direktoru Kristof Freund son zamanlar zəif nəticələrlə yadda qalan komandanın baş məşqçisi Tomas Tuxel barədə danışıb.
Publika.az xəbər verir ki, klub rəsmisi almaniyalı mütəxəssisin qovulma ehtimalını şərh edib:
“Təbii ki, Tomas Tuxelin bu vəziyyətlə bağlı problemləri var. Hamımız üçün çətindir. Məqsədimiz bu vəziyyətdən birlikdə çıxış yolu tapmaqdır. Biz hamımız eyni gəmidəyik”.
Xatırladaq ki, dünən Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Bayern" "Latsio"ya 0:1 hesabı ilə uduzub. Bu məğlubiyyət Tuxelin komandası üçün sayca ardıcıl ikinci yenilgi olub.
Heybət