Növbəti mövsümdən etibarən Azərbaycan Premyer Liqasına lisenziya almaq istəyən klublar müvafiq qaydalarının tələbi ilə “marketinq meneceri” vəzifəsində çalışan əməkdaş cəlb etməli olacaqlar.
QÜTB.AZ xəbər verir ki, bunu “Milli Liqa TV” yutub kanalının “III zona” proqramında qonaq olan AFFA-nın Klubların Lisenziyalaşdırma Departamentinin direktoru Elçin Məmmədov deyib. O, qeyd edib ki, bu tələb ilk dəfə olaraq tətbiq olunur.
Ümumilikdə Məmmədov veriliş boyu digər yeniliklərdən, müsbət və mənfi məqamlardan danışıb.