İranın Kirman ostanında ordu təlim düşərgəsində baş vermiş silahlı insidentdə beş nəfər ölüb.
Publika.az xəbər verir ki, bu barədə briqada generalı Əmir Qulamalian deyib.
Onun sözlərinə görə, insident bu gün yerli vaxtla 16:35-də olub. O qeyd edib ki, əsgərlərdən biri yoldaşlarına atəş açaraq 5 nəfər qətlə yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs qaçıb. Hazırda onun axtarışları aparılır.