29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

İRAN QORXU İÇİNDƏ

09 dek 2024 07:00
GÜNDƏM
ads

"Dəməşqin silahlı müxalifət tərəfindən ələ keçirilməsindən sonra Suriyada vətəndaş müharibəsi və ya ölkənin dağılması başlaya bilər".

QÜTB.AZ xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi dövlət televiziya və radio şirkətinin efirində deyib.

“Biz Suriyadakı hadisələri izləyirik və qorxunun yaranmasına imkan vermək istəmirik. Bu qorxular vətəndaş və ya məzhəb müharibəsinin başlanması, Suriyanın qismən və ya tamamilə dağılması və terrorçuların sığınacağına çevrilməsi ehtimalı ilə bağlıdır”, - deyə xarici siyasət idarəsinin rəhbəri bildirib.

Xatırladaq ki, noyabrın 28-də silahlı Suriya müxalifət qrupları Hələb vilayətinin qərb bölgələrində hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma keçiblər. Onlar Hələb şəhərini ələ keçirərək, növbəti həftə yarım ərzində Hüms və Həmaya daxil olublar.

Dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçiriblər.

Suriya ordusu komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin bitdiyini açıqlayıb. Daha sonra Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Əsəd dövlət başçısı postunu tərk etmək qərarına gəlib və hakimiyyətin sülh yolu ilə ötürülməsi üçün göstərişlər verib.

O, Suriyanı tərk edərək ailəsi ilə birlikdə Rusiya gedib və siyasi sığınacaq alıb.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur