07.04.25 | Bakı 11.03° C |
06:23:50
Lent :

İlham Əliyev bütün ölkələri planeti xilas etmək naminə həmrəylik nümayiş etdirməyə ÇAĞIRDI

27 may 2024 20:00
GÜNDƏM
ads

Azərbaycan Prezidenti İlham Əliyev bütün ölkələri planeti xilas etmək naminə həmrəylik nümayiş etdirməyə çağırıb.

Publika.az xəbər verir ki, çağırış Azərbaycan Prezidenti İlham Əliyevin İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin “Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması” mövzusunda 4-cü Beynəlxalq Konfransının iştirakçılarına müraciətində yer alıb.

"Bakıdakı COP üçün seçdiyimiz “Yaşıl dünya naminə həmrəy olaq” şüarı bizim COP29 missiyamızın ruhunu əks etdirir. Hamımız birlikdə bu vəziyyətlə üzləşdiyimiz üçün bütün ölkələri planetimizi xilas etmək naminə həmrəylik nümayiş etdirməyə çağırıram. Bu məqsədə çatmaq üçün bizə siyasi iradə və Azərbaycanın daim müdafiə etdiyi çoxtərəflilik lazımdır", - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev müraciətin sonunda İnkişaf etməkdə olan kiçik ada dövlətləri üzrə 4-cü Beynəlxalq Konfransa uğurlar arzulayıb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur