11.01.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

İlahiyyatçıdan mollalarla bağlı QALMAQALLI SÖZLƏR

11 yan 2025 15:00
GÜNDƏM
ads
Advertisement

Xəbər verdiyimiz kimi, tanınmış aparıcı Elgiz Əkbər verilişində qadınların mollalıqla məşğul olmasını tənqid edib. O, bunu qəbulolunmaz hesab edib və bu işin kişilərə həvalə olunmasının daha doğru olduğunu müdafiə edib. Həmin fikirlər isə cəmiyyətdə birmənalı qarşılanmayıb.

Maraqlıdır, İslam dinində bu məsələyə baxış necədir?

QÜTB.AZ xəbər verir ki, Yenisabah.az-a danışan ilahiyyatçı Elşad Miri məsələ ilə bağlı sualları cavablandırarkən vacib məqamları önə çıxarıb:

“Ümumiyyətlə, İslam dinində nə qadın, nə də kişi üçün mollalıq etmək anlayışı yoxdur. Qurani-Kərimdə də mollalıq anlayışı yoxdur. Tam əksinə olaraq, “Yasin” surəsinin 70-ci ayəsinə baxdıqda Quranın ölülər üçün yox, dirilər üçün olduğunun şahidi oluruq. Yenə həmin surənin 21-ci ayəsində “sizdən heç bir mənfəət gözləməyənlərə tabe olun” deyə bir cümlənin yazıldığını da görə bilərik”.

E.Miri mollalıq edənləri tənqib edib:

“Bugünkü mollalar yas mərasimlərinə mənfəət üçün gəlir. Kiminsə göz-qaşına vurulduğu üçün yaxud yas sahibinə görə gəlmir. Elə kəslər yas mərasimini fürsət bilir, bu, onun üçün iş imkanıdır. Oradan müəyyən vəsait alır, yeyir, içir, pul qazanır”.

O, İslam və digər dinlərin peyğəmbərlərindən nümunələr də söyləyib:

“Məsələnin digər tərəfi də var. Peyğəmbərimiz sağlığında hər hansı adam üçün mollalıqmı edib? Yaxud İsa, Musa peyğəmbərlər mollalıq ediblər? Quranda bəhs olunan Süleyman Davud peyğəmbər kral olublar. Onlar mollalıqmı edib? Təbii ki, xeyr”.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
138 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur