01.09.25 | Bakı 26.03° C |
10:06:25
Lent :

İcra başçısına töhmət verilməsinin SƏBƏBİ

30 avq 2025 01:00
GÜNDƏM
ads
Advertisement

Prezident İlham Əliyev Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Rüfət oğlu Hüseynzadəyə işində yol verdiyi ciddi nöqsanlara görə şiddətli töhmət verib. 

 

Qutb.az Unikal.az-a istinadən xəbər verir ki, Ağdaş Rayon İcra Hakimiyyətində yoxlama aparılıb. Yoxlama zamanı ciddi nöqsanlar aşkar edilib. 

 

Həmçinin məlum olub ki, O.Hüseynzadə icra başçısı təyin edilən zaman (01.11.2024) özü ilə 5 nəfəri də Ağdaşa apararaq onlara İcra Hakimiyyətində müxtəlif vəzifələr verib. Bütün işləri sözügedən məmurlar aparıb, bu da etiraza səbəb olub. 

 

O.Hüseynzadə həmin məmurları dünən işdən azad edib.

 

İşdən çıxarılan şəxslərdən üçünün adı məlum olub:

 

Quliyev Elvin – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi,

 

Bayramov Şahin – Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi,

 

Quliyev Samir – Tofiqi Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə.

 

Qeyd edək ki, O.Hüseynzadə açıqlama verərək şiddətli töhmət almasına münasibət bildirib:

 

“Cənab Prezident həmişə haqlıdır, mənimlə bağlı qərarında da haqlıdır. Mənimlə bağlı sərəncamı da qəbul edirəm, başqa cür də ola bilməz. İş olan yerdə nöqsan da olur. Mən çalışacağam ki, bu nöqsanlardan nəticə çıxarım və cənab Prezidentin etimadını doğruldum”.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
26.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur