16.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Hökumət nəvələrinə baxan nənə və babalara pul verəcək

02 iyl 2024 14:00
GÜNDƏM
ads

İsveç nənə və babalara nəvələrinə baxmağa və ödənişli valideyn məzuniyyəti almağa imkan verən yeni qanunun icrasına başlayıb.

Publika.az xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.

Bu, Skandinaviya ölkəsinin dünyada təkcə analar üçün deyil, atalar üçün ödənişli valideyn məzuniyyəti tətbiq edən ilk dövlət olmasından 50 il sonra baş verir.

Qanuna əsasən, valideynlər məzuniyyət müavinətinin bir hissəsini uşağın nənə və babasının hesabına köçürə bilər.

Qeyd edək ki, İsveçdə uşağınız doğulduğu zaman işdən tamamilə kənarda qalmaq hüququnuz var. Valideynlik müavinəti hər uşağa 480 gün və ya təxminən 16 ay ödənilir. Onlardan 390 gün üçün kompensasiya şəxsin tam gəlirinə əsasən hesablanır, qalan 90 gün üçün isə insanlar gündə sabit 180 kron (17 dollar) alırlar.

İsveçdə valideynlər üçün başqa üstünlüklər də var - onlar həmçinin uşağın 8 yaşına qədər qısaldılmış saatlarda işləyə bilərlər.

Adəm


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur