29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Həyəcan təbili: Cinsi yolla keçən amansız xəstəliklər...

11 mar 2024 15:00
GÜNDƏM
ads
Advertisement

Avropada cinsi yolla keçən xəstəliklərə yoluxma halları artıb.

Publika.az xəbər verir ki, bu barədə Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) mətbuat xidməti məlumat yayıb.

“Nəticələr sifilis, qonoreya və xlamidiya hallarının həyəcan verici artımını göstərir", - Avropada xəstəliklərin yayılması ilə bağlı hesabatda deyilir.

Bildirilib ki, 2022-ci ildə təsdiqlənmiş cinsi yolla keçən xəstəliklərin sayı 2021-ci illə müqayisədə xeyli artıb. Xüsusilə sifilis - 34%, xlamidiya - 16% və qonoreyada - demək olar ki, 50% artım var. Eyni zamanda, ECDC əlavə edib ki, insanlar lenfoqranuloma venerum (LGV) və anadangəlmə sifilisdən əziyyət çəkirlər.

Mərkəz izah edib ki, bu cür hallar Aİ-də cinsi yolla ötürülən xəstəliklərin yayılmasının qarşısını almaq və onların ictimai sağlamlığa təsirini azaltmaq üçün təcili tədbirlərin görülməsinə ehtiyac olduğunu göstərir.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur