İlham Əliyev və Seyid İbrahim Rəisi Azərbaycan-İran dövlət sərhədində söhbət etdilər
“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu yenə bürünc medal qazanıb
Azərbaycanın cüdoçusu Balabəy Ağayev (60 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirinin bürünc medalını qazanıb.
“Qütb.az”un məlumatına görə, 25 yaşlı idmançı üçüncü yer uğrunda görüşdə gürcüstanlı Giorgi Sardalaşviliyə qalib gəlib.
Sardalaşvili təsəlliverici dueldə yığmamızın digər üzvü Turan Bayramovu üstələsə də, bu dəfə əlavə vaxtda məğlub olub. Bununla Azərbaycan yarışın birinci günündə ilk medalını qazanıb.
Balabəy Ağayev fevralda Bakıda təşkil edilən “Böyük Dəbilqə”də də fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı.
Qeyd edək ki, Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) də bu gün bürünc medal uğrunda görüşə çıxacaqlar.