04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Hacıqabulda su basmış yerlərdə intensiv tədbirlər davam etdirilir

01 iyl 2024 13:00
GÜNDƏM
ads

Xəbər verildiyi kimi, intensiv yağışlar səbəbindən Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsinə sel gəməsi nəticəsində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələri və zirzəmiləri subasmaya məruz qalmış, Fövqəladə Hallar Nazirliyinin qüvvələri zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə həmin əraziyə cəlb edilmişdi.

FHN-in Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, hazırda FHN-in Muğan Regional Mərkəzinin və Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi istiqamətində işlər intensiv şəkildə davam etdirilir.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur