27.04.24 | Bakı 27.03° C |
15:04:34
Lent :

Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vuruldu

14:00 28.03.2024
GÜNDƏM
ads

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Gənclər Paytaxtı Lənkəran şəhərində həyata keçirilən “Act2Learn – Teatr Əsaslı təlim vasitəsilə Tədrisin Təkmilləşdirilməsi” layihəsinə yekun vurulub.

Publika.az xəbər verir ki, “Act2Learn” layihəsinin əsas məqsədi təhsildə yeni yanaşmaların tətbiqi üzrə müəllimlərin bilik və bacarıqlarını artırmaq, eləcə də təhsilverənlərin öz peşə fəaliyyətində yaradıcı və innovativ strategiyalardan istifadəyə hazırlamaqdan ibarət olub.

Diqqətə çatdırılıb ki, 5 gün davam edən proqram müddətində qeyri-formal təhsilin əsas istiqamətlərdən biri kimi teatra əsaslanan pedaqoji texnikanın istifadəsi ətrafında müzakirələr, habelə, bu sahədə təlimlər və seminarlar təşkil olunub. Sözügedən fəaliyyətlərlə yanaşı tədrisin daha axıcı səviyyədə təşkili məqsədilə iştirakçılarla improvizasiya, rol oyunu, aktyorluq və hekayə danışma sahələrində praktiki sessiyalar da həyata keçirilib.

Qeyd edək ki, proqramın faydalılığının artırılması və daha çox şəxsin məlumatlandırılması məqsədilə teatr əsaslı təlim mövzusunda əl kitabçası hazırlanacaq. Bu kitabçada müəllimlərin tədris müddətində istifadə edə biləcəkləri qeyri-formal təhsil metodları, əsasən də teatr əsaslı təlim metodikası barədə ətraflı məlumat veriləcək. Bu kitabçaların daha sonra çap olunaraq, paytaxt və bölgələrdə yerləşən ümumtəhsil məktəblərinə paylanılması planlaşdırılır.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    27.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az