Azərbaycan ResQutb.azsının Gənclər Fondu ilk dəfə həm fiziki şəxslər, həm də gənclər təşkilatları üçün qrant müsabiqəsinə start verir. Bu müsabiqə rəqəmsal texnologiyalar sahəsində innovativ həllərin dəstəklənməsinə və gənclərin yaradıcı potensialının üzə çıxarılmasına yönəlib. Müsabiqənin məqsədi gənc nəslin innovativ təşəbbüslərini dəstəkləmək və onları internet məkanında kreativ rəqəmsal məzmun yaratmağa təşviq etməkdir.
Fonddan QÜTB.AZ-a bildirilib ki, Azərbaycan ResQutb.azsının vətəndaşı olan 18-29 yaş arası gənclər və gənclər təşkilatları oktyabrın 18-dən noyabrın 10-dək layihə təkliflərini təqdim edə bilərlər. Layihə müraciətləri Fondun E-xidmətlər Sistemi vasitəsilə elektron qaydada təqdim edilə bilər.
Müsabiqəyə təqdim olunan layihələr iki əsas istiqaməti əhatə edir:
-Birinci istiqamət rəqəmsal texnologiyaların və süni intellektin tətbiqi və ya inteqrasiyası vasitəsilə innovativ həllər təklif edən məhsulların yaradılmasını nəzərdə tutur. Buraya veb-saytlar, tətbiqlər, süni intellekt əsaslı çatbotlar və analiz alətləri, virtual reallıq (VR) və artırılmış reallıq (AR) tətbiqləri, əşyaların interneti (IoT) əsaslı həllər daxildir;
-İkinci istiqamət isə müxtəlif rəqəmsal platformalarda yaymaq üçün nəzərdə tutulmuş, rəqəmsal alətlər və dizayn proqramlarından istifadə edilməklə hazırlanmış kreativ maarifləndirici, məlumatlandırıcı və əyləncəli videoməzmunun yaradılmasını əhatə edir. Bu material sosial media hesabları və digər rəqəmsal kanallar vasitəsilə yayımlana bilər.
Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Fond tərəfindən fiziki şəxslərin fərdi layihələri üçün maksimum 5000 manat, gənclər təşkilatlarının yerli layihələri üçün maksimum 10000 manat, beynəlxalq layihələr üçün isə maksimum 15000 manat qrant ayrılacaq.
Layihə təklifləri noyabrın 10-dək qəbul edilir.
Müraciət zamanı layihənin təsviri, təqdimatı, maliyyə əsaslandırması (büdcə planı) və ilkin tədbirlər planı hazırlanaraq sistemə yüklənməlidir. Hər bir müraciətçi yalnız bir layihə təqdim etmək hüququna malikdir. Gənclər Fondu ilə qrant müqaviləsi imzalamaq və layihənin idarə olunması layihə rəhbəri tərəfindən şəxsən həyata keçirilməlidir.
Layihələr seçilərkən yenilik və unikal yanaşma, təklif olunan müddət və büdcə çərçivəsində həyata keçirilmə imkanları, texnoloji uyğunluq və reallaşdırılma potensialı kimi meyarlara üstünlük veriləcək.
Müsabiqə haqqında daha ətraflı məlumatı link vasitəsilə əldə etmək olar.