Xəbər verdiyimiz kimi, fitnes məşqçi Kamil Zeynallı gecə saatlarında Moskvanın “Domodedovo” hava limanından Bakıya gələrkən hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.
Publika.az xəbər verir ki, Xalq artisti Brilliant Dadaşova baş verən hadisə ilə bağlı sosial şəbəkə hesabında diqqət çəkən paylaşım edib.
Dadaşova Kamilin saxlanılması görüntülərini yayımlayaraq bu sözləri yazıb:
“Bir bu qalmışdı başımıza gətirilməyən. Əminik ki, ölkəmiz tezliklə bu absurd vəziyyətə müdaxilə edəcək”.
Qeyd edək ki, K.Zeynallı hava limanında saxlanılaraq müvafiq polis bölməsinə aparıldığını bildirərək sosial şəbəkə hesabında videomuraciət yayımlayıb. O, “Ermənistan məni beynəlxalq axtarışa veribmiş. May ayının 5-dən axtarılırmışam. Buna baxmayaraq, mən 3 dəfə Rusiyaya gəlib-getmişəm. İndi deyirlər, ya səni Ermənistana təhvil verəcəyik, ya da onlar gəlib aparacaqlar. Sabah məni məhkəməyə çıxaracaqlar. Ümid edirəm ki, dövlət qurumlarımız mənə dəstək olarlar, qoymazlar ki, məni onlara təhvil versinlər. İndi bölmədəyəm. Gözləyirəm. İnşallah yaxşı olar” sözlərini dilə gətirib.
Bizim.Media