29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

“Gəlinlər, qayınana boyda daş düşsün başınıza”

17 okt 2024 15:01
GÜNDƏM
ads
Advertisement

"Gəlin, gözəl ananın övladı ilə evlisən. Yemədi yedirtdi, üşüyəndə isitdi. Başınıza qayınanalar boyda daş düşsün. Hamınız evlənəndə unudursunuz. Evləndiyiniz adama hörmət edirsinizsə, anasına da hörmət edin".

QÜTB.AZ xəbər verir ki, bu sözləri müğənni Doğuş "Səni axtarıram" verilişində deyib. İfaçı gəlini tərəfindən ahıllar evinə atılan ananı qucaqlayaraq, bunları əlavə edib:

"Qarşısına bir qab yemək qoyub, ayağını yuya bilmirsiniz? Günah deyilmi? Qayınananı incidən gəlinlər Allaha cavab verəcək. Hər zaman qayınana tərəfindəyəm. Əgər sən qayınananaya hörmət edərsənsə, insan kimi yaxınlaşarsansa Allah və ailən tərəfindən mükafatını alarsan. Anaların övladını alırsınız, sonra onları yaşlılar evinə atırsınız".

Onun sözlərinə etiraz edən aparıcı Xoşqədəm Hidayətqızı isə "Bütün ana ana deyil. Uşağını atan ana ana deyil. Övladını düşünməyən ana deyil. Gəlinin borcu deyil oğlunu, qızını incidən anaya ana desin" sözlərini əlavə edib./Axşam.az

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur