Türkiyədə binanın komendantı güllələnib.
Milli.Az Gundem.az-a istinadən bildirir ki, yerli mediaya istinadla xəbər verir ki, hadisə İstanbul şəhəri Esenyurt adlanan ərazidə qeydə alınıb. Binada su kəsildiyi üçün sakin Adnan D. əsəbiləşərək həyətə düşüb və komendant Oğuz E. ilə dalaşıb. Yüksək səslə qışqıran və söyüş söyən Adnan D. tapança ilə Oğuz E.-yə 9 dəfə atəş açıb.
Nəticədə güllələrin ikisi komendantın bel və ayağına dəyib. Yaralı xəstəxanaya yerləşdirilib.Hadisə yerinə gələn polislər suyun kəsilməsinə əsəbiləşərək cinayət törədən bina sakinini saxlayıblar.
Milli.Az