Emmanuel Makron nüvə müharibəsinə haqq qazandırmaq üçün Fransanı hədələməkdən istifadə edir.
Publika.az xəbər verir ki, bu fikri Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot "X" sosial şəbəkəsində paylaşıb.
"Makron Fransa üçün "ekzistensial təhlükəni" qeyd edir - bu, guya nüvə müharibəsinə haqq qazandıra bilər!" — siyasətçi prezidentin Ukraynaya hərbi yardım xərclərinin artırılması ilə bağlı sözlərini şərh edərkən belə yazıb.
Filippot həmçinin Fransa prezidentini “eskalasiyaya təkan verməkdə” və “dəli Makron bizi müharibəyə sürükləməkdə” ittiham edib.
Partiya lideri müraciətində fransızları hazırkı prezidentin siyasətinə qarşı nümayiş keçirməyə çağırıb.
Cəmilə