Kosmetik həkim Roşan Ravindran Portuqaliya millisinin "Əl-Nasr" klubunun hücumçusu Kriştiano Ronaldonu 40 min funt-sterlinq pulu ödəmədiyi üçün məhkəməyə verib.
Bu barədə QÜTB.AZ xarici KİV-ə istinadla xəbər verir.
“Hazırda məhkəmə prosesi gedir. Mən bir mütəxəssis kimi xəstələrimi müzakirə etmirəm”, - deyə həkim bildirib.
Mənbə iddia edir ki, Ravindran Ronaldonu 2021 və 2022-ci illərdə göstərilən xidmətlərə görə pul ödəməməkdə ittiham edib. Daha sonra futbolçu “Mançester Yunayted”də çıxış edib. İddia bəyanatında həyat yoldaşı Georgina Rodriguezdən bəhs edilmir, lakin Ravindranın Ronaldo və onun ailə üzvləri və ətrafı üçün işlədiyi bildirilir.
2 yanvar 2023-cü ildə Ronaldo ildə 200 milyon avro aldığı müqaviləyə əsasən Səudiyyə Ərəbistanından "Əl-Nasr"ın oyunçusu oldu. Portuqaliyalı və ailəsi üçün əlavə bonuslar da elan edildi.
Qeyd edək ki, hücumçu komandanın baş məşqçisi Erik ten Haqla yaşanan gərginliyə görə “Mançester Yunayted”lə müqaviləsini ləğv etdikdən sonra Səudiyyə Ərəbistanından kluba keçib.
Hüseyn İbadlı