Arıqlamaq prosesi çox vaxt çətin bir təcrübəyə çevrilir. Bununla belə, bəzi qidalar və içkilər arıqlamağı sürətləndirə bilər.
Publika.az xəbər verir ki, arıqlamaq istəyənlərin istifadə etdiyi üsullardan biri də qəhvəyə darçın əlavə etməkdir.
Araşdırmalar göstərir ki, səhər qəhvəsinə darçın əlavə etmək orqanizmdə maddələr mübadiləsini sürətləndirərək arıqlamağı sürətləndirir. Bu zaman yağlar daha sürətli yandırılır.
Bundan əlavə, darçın iştahı azaldır, beləliklə pəhrizə riayət etməyinizi və zərərli qəlyanaltılardan çəkinməyinizi asanlaşdırır.
Bir qəhvə fincanı suyu, 1 çay qaşığı türk qəhvəsini və 1 çay qaşığı darçını qaba əlavə edib köpüklənənə qədər qızdırın, sonra isə süzüb için. Səhərlər bu içkini qəbul etmək maddələr mübadiləsini sürətləndirməkdən əlavə, şəkər səviyyənizi tarazlaşdıracaq və gün ərzində şəkər yemək istəyinizi azaldacaq.
Darçın iştahınızı nəzarət altında saxlayır, çünki insulin səviyyəsini stabilləşdirərək sıçrayışların qarşısını alır.
Üstəlik, bu üsulla təkcə arıqlamayacaq, həm də sağlamlığınızda müsbət dəyişikliklər müşahidə edəcəksiniz. Çünki antioksidantlar tez-tez meyvələrlə əlaqələndirilsə də, təəccüblüdür ki, darçında həm də yüksək miqdarda antioksidan var. Ədviyyatın antiinflamatuar xüsusiyyətləri isə bədəndəki iltihabı azaldır, nəticədə ümumi sağlamlıq bəxş edir.