29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Ukraynada Rusiyanın 4 generalı, 21 polkovniki ÖLDÜRÜLÜB

24 iyn 2022 17:53
DÜNYA
ads
Advertisement

Rusiya ordusunun Ukraynada ölən hərbçilərinin 17 faizi zabitdir.

Qutb.az xəbər verir ki, bu barədə BBC özəl mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, indiyədək müharibədə həlak olan zabitlərin azı 4 nəfəri general, 21-i isə polkovnikdir. Məlumata əsasən, müharibədə ölən 4010 hərbçinin adı müəyyən edilib. Lakin itkilərin tam siyahısı yoxdur. 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bu gün səhər açıqladığı rəsmi statistikaya əsasən, Rusiyanın itkiləri aşağıdakı kimidir:

34.530 nəfər hərbçi;

1507 ədəd tank;

3637 ədəd zirehli döyüş maşını;

759 ədəd artilleriya sistemi;

241 ədəd reaktiv yaylım atəşi sistemi;

99 ədəd hava hücumundan müdafiə sistemi;

216 ədəd təyyarə;

183 ədəd helikopter;

622 ədəd pilotsuz uçuş aparatı;

137 ədəd qanadlı raket;

14 ədəd gəmi/qayıq;

2553 ədəd avtomobil avadanlığı və yük maşını;

60 ədəd xüsusi texnika.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.




Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur