Martın 1-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Antalyada keçirilən Diplomatik Forum çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Publika.az xəbər verir ki, görüşdə iki ölkənin münasibətlərin normallaşdırılması məsələləri üzrə xüsusi nümayəndələri də iştirak ediblər.
Görüş zamanı ölkələr arasında münasibətlərin normallaşdırılması prosesi müzakirə edilib və tam nizamlanmaya nail olmağa hazır olduqları təsdiqlənib. Bu istiqamətdə konkret addımlar ətrafında fikir mübadiləsi aparılıb.
Nazirlər beynəlxalq və regional məsələləri müzakirə ediblər.