04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

FHN yanğına qarşı maarifləndirmə tədbiri keçirdi

30 yan 2024 14:00
GÜNDƏM
ads
Advertisement

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Publika.az xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarət Xidməti Sumqayıt Məhkəmə Kompleksinin rəhbərliyinin müraciəti əsasında kompleksdə hakimlərin və digər məhkəmə əməkdaşlarının iştirakı ilə maarifləndirmə tədbiri keçirib.

Tədbiri giriş sözü ilə Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev açaraq, konseptual baxımdan yeni olan, öz funksionallığı ilə fərqlənən və altı məhkəməni - Sumqayıt apellyasiya, regional inzibati, kommersiya və ağır cinayətlər, Sumqayıt şəhər, eləcə də müvəqqəti olaraq Qubadlı rayon məhkəmələrini əhatə edən və 1 milyon 460 min nəfərlik əhaiyə xidmət həyata keçirən Sumqayıt Məhkəmə Kompleksində yanğın təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.

Sonra Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı Nizami Fərəcov “İnzibati binalarda yanğın təhlükəsizliyi” mövzusunda çıxış edib. O, həmçinin fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş verməsi səbəbləri və yanğın zamanı zəruri davranış qaydaları barədə danışıb, elektrik təsərrüfatından düzgün istifdə qaydalarından bəhs edib, su hovuzu və daxili yanğın su kranlarının daim işlək vəziyyətdə saxlanılmasının, odsöndürən vasitələrlə təminatın vacibliyini vurğulayıb.

İnteraktiv formada keçirilən tədbirdə iştirakçılara yanğın təhlükəsizliyi ilə bağlı bukletlər, yaddaş vərəqələri paylanılıb, ilkin odsöndürücü balonlardan istifadə qaydaları əyani nümayiş olunub və suallar cavablandırılıb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur