03.04.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

FHN-in əməkdaşları paramedik kurslarda

22 fev 2024 11:00
GÜNDƏM
ads

Fövqəladə Hallar Nazirliyi Tibb Xidmətinin təşkilatçılığı ilə Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində təməl həyat dəstəyi və ilkin yardım biliklərinin artırılması mövzusunda keçirilən paramedik kurslara cəlb edilib.

Publika.az xəbər verir ki, doqquz gün davam edən kurslarda Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı şəhəri üzrə yanğından mühafizə dəstə, hissə və bölmələrindən ümumilikdə 186 əməkdaş dinləyici qismində iştirak edib.

Tibb Xidmətinin ixtisaslaşmış həkimləri ilə yanaşı beynəlxalq dərəcəli təlimçi-həkimlər tərəfindən zərərçəkmişlərə zamanında səmərəli və daha keyfiyyətli ilk yardımın göstərilməsi məqsədilə “Ürək-ağciyər reanimasiyası”, “Qapalı ürək masajı”, “Süni tənəffüs”, “Qanaxmalar zamanı ilk yardım”, “Travmalar zamanı immobilizasiya” mövzularında yanğınsöndürənlərin bilik və bacarıqları təkmilləşdirilib.

Sonda kursu uğurla başa vurmuş əməkdaşlara müvafiq sertifikatlar təqdim edilib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur