29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Qəzəbləndi: Biznes davam etməlidir

25 fev 2024 14:00
İDMAN
ads
Advertisement

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqanın 26-cı turunda “Bornmut”a səfərdə qalib gəldikləri oyundan (1:0) sonra fikirlərini bildirib.

Publika.az xəbər verir ki, Qvardiola matçlarının təqvimi ilə bağlı tənqidi fikirlər səsləndirib.

“Təqvimə görə çox sağ olun. Bu həddən artıqdır. Tamamilə. Amma biznes davam etməlidir… Mən oyunçularımı sevirəm. Onlar supermendir. Üç gündən bir oynayırlar. İnsanlar soruşurlar: “Bu şəraitdə Premyer Liqada oynaya bilərsənmi?” Xeyr. Biz hamıdan daha çox oynayırıq”, – deyə Marca Qvardiolanın sözlərindən sitat gətirib.

“Mançester Siti” Premyer Liqanın turnir cədvəlində 26 matçdan sonra 59 xalla lider “Liverpul”dan bir xal geri qalaraq ikinci yerdədir. Bu mövsüm Pep Qvardiolanın komandası 40 oyun keçirib (26 Premyer Liqa, 7 Çempionlar Liqası, 2 Klublararası Dünya Çempionatı, 2 İngiltərə Kuboku, 1 İngiltərə Super Kuboku, 1 UEFA Super Kuboku, 1 Liqa Kubokunda 1).


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur