“Rusiya Ermənistana xüsusi münasibət bəsləmir. Ümumiyyətlə Rusiya istər öz qonşularına, istərsə də keçmiş müttəfiqlərinə qarşı “fantom” imperiya kimi yanaşır”.
Publika.az Bizim.Media-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Avropa Partiyasının lideri, Paşinyana yaxın olan erməni siyasətçi Tiqran Xzmalyan "Noyan tapan" “Youtube” kanalında bildirib.
O qeyd edib ki, Rusiyanın dostu yoxdur, yalnız qulları və ya düşmənləri var.
“Biz (Ermənistan - red.) qullar kateqoriyasından düşmənlər siyahısına keçməyə çalışdıq. Və bu, yeganə düzgün qərar oldu”, - deyə Paşinyanın yaxın adamı bildirib.