Ermənistan Qazaxın işğal altında olan kəndlərinin Azərbaycana təhvil verilməsi ilə yanaşı, Gürcüstana da kənd qaytaracaq.
Publika.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri yazıb.
Nəşr qeyd edir ki, Ermənistan təkcə Azərbaycanla yox, Gürcüstanla da sərhədləri delimitasiya etməyə hazırlaşır.
“Uzun müddətdir ki, erməni-gürcü təmaslarında Paşinyanın müəyyən əraziləri Gürcüstana verməklə delimitasiya aparmaq istəyi haqda şaiyələr dolaşır. Bu, xüsusilə Lorinin Alaverdi bölgəsindəki Ciliza kəndinə aiddir. Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Ermənistana səfəri zamanı bu məsələ müzakirə olunub”, - nəşr qeyd edib.
Asif