29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Mafiya başçısı həbsxanadan qaçdı: Bu ölkədə fövqəladə vəziyyət elan edildi

09 yan 2024 13:00
HADİSƏ
ads
Advertisement

Ekvadorun ən böyük cinayətkar dəstələrindən olan “Los Çoneros”un lideri Xose Adolfo Macias Villamar həbsxanadan qaçdığı üçün ölkədə fövqəladə vəziyyət elan edilib.

Publika.az xəbər verir ki, o, yanvarın 7-də Quayakil şəhərindəki həbsxanadan qaçdıqdan sonra ölkədə 60 gün müddətinə fövqəladə vəziyyət və komendant saatı elan edilib.

Ekvador Prezidenti Daniel Noboa onun həbsdən qaçması ilə bağlı öz sosial media hesabında açıqlama verib:

"Ordunun hərəkətlərində bütün siyasi və hüquqi dəstəyin olması üçün fövqəladə vəziyyət fərmanını imzaladım".

Qeyd edək ki, Macias 2011-ci ildə cinayət və qaçaqmalçılıq da daxil olmaqla müxtəlif cinayətlərə görə 34 il müddətinə azadlıqdan məhrum edilib.

Roza


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur