02.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Ukrayna səfiri Zelenskinin sözlərinə görə Hindistan XİN-ə çağırıldı

16 iyl 2024 10:00
GÜNDƏM
ads

Vladimir Zelenskinin Hindistanın baş naziri Narendra Modinin Rusiyaya səfəri ilə bağlı açıqlamaları fonunda Ukrayna səfiri Hindistan Xarici İşlər Nazirliyinə çağırılıb.

Publika.az xəbər verir ki, bu haqda “The Economic Times” məlumat yayıb.

Nəşrin yazdığına görə, Ukrayna səfirinin XİN-ə çağırılması Hindistan hakimiyyətinin Zelenskinin bəyanatlarından narazı olduğunu göstərir.

O, Modinin Rusiya prezidenti Vladimir Putinlə görüşünün Ukraynada sülh səylərinə “sarsıdıcı zərbə” olduğunu bildirib.

Qəzetin yazdığına görə, Nyu-Dehli mədəni əlaqələrin inkişafı üzrə Hindistan-Ukrayna birgə işçi qrupunun iclasını da təxirə salmaq qərarına gəlib.

Bundan əvvəl Hindistan Xarici İşlər Nazirliyi Modinin Moskvaya səfərini son dərəcə uğurlu adlandırıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki , Putin və Modi arasında danışıqlar zamanı heç bir fikir ayrılığı olmayıb.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur