“Qalatasaray” belçikalı hücumçusu Dris Mertenslə müqavilə müddətini uzadıb.
Publika.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “sarı-qırmızılar” 37 yaşlı oyunçu ilə 1 illik sözləşmə imzalayıblar.
Belçikalı hücumçu 1 il müddətində 2 milyon 900 min avro qazanc əldə edəcək.
Qeyd edək ki, klub Türkiyə Superliqasında 2024/2025 mövsümü öncəsi hazırlıqlarını davam etdirir.