Tanınmış aktrisalar Ebru Şahin və İrem Helvacıoğlu Cem Karacanın həyatından bəhs edən "Cem Karacanın göz yaşları" filminin qalasına qatılıblar.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, nümayişdən əvvəl ulduzlar qırmızı xalıda fotoqraflara poza veriblər və jurnalistlərin suallarını cavablandırıblar.
Ebru Şahin gecə üçün "Reve De Gosse" brendindən, önündə uzun drapesi olan qəhvəyi qısa və uzunqol libas seçib. Dəyəri 8800 Tl (təxminən 500 manat) olan geyimini 29 yaşlı kino ulduzu gümüşü ayaqqabı, qara çanta, böyük sırğa və boyunbağı ilə tamamlayıb.
İrem Helvacıoğlunun "A46Tuvanam" moda evindən seçdiyi libasın dəyərinin isə 25000 tl (təxminən 1500 manat) olduğu məlum olub. Uzun qara libasın yarığına əlavə olunmuş ağ çiçək 33 yaşlı aktrisanın gözəlliyini xüsusilə vurğulayıb.