Nəsli kəsilməkdə olan vəhşi atlar uzun müddət davam edən danışıqlardan sonra Qazaxıstana aparılıb.
Publika.az xəbər verir ki, yeddi cins Prjevalski atı (Asiya vəhşi atı və ya “tax” kimi də tanınır) Avropadan Orta Asiyaya təyyarə ilə çatdırılıb. Bu prosesi Praqa zooparkı həyata keçirib.
Tədqiqatçıların sözlərinə görə, atlar artıq iki həftədir ki, Qazaxıstandadırlar. Zoopark rəsmiləri bunun nəsil artımı üçün xeyirli olduğunu vurğulayıblar.
Praqa zooparkının sözçüsü Filip Maşek qeyd edib ki, adıçəkilən atların nəsli kəsilmək üzrədir:
“Bu, 1960-cı illərdə vəhşi təbiətdə nəsli kəsilmiş, sonuncu dəfə Monqolustanda görülmüş bir növdür. Son onilliklərdə həmin atlar Monqolustan və Çinə qaytarılıb. İlk dəfə olaraq isə Qazaxıstana qayıtarılıb. Prjevalski atı dünyada son vəhşi at növüdür. Minilliklər əvvəl Orta Asiya çöllərində yaranıb və 19-20-ci əsrlərdə tədqiqatçılar tərəfindən Avropa və Şimali Amerikaya aparılıb”.
Son 10 il içində bir çox tələb-təkliflər olub. Son olaraq 2022-ci ildə Praqa zooparkı Qazaxıstan dövləti ilə atların daşınması ilə bağlı müqavilə imzalayıb.
Ötən həftə illərin zəhmətinin kulminasiya nöqtəsi olub. Praqa zooparkı Avropanın müxtəlif yerlərindən atları toplayıb, Qazaxıstana göndəriblər. Həmin atlar hərbi təyyarələrlə Türkiyə və Azərbaycanda dayanıblar. Dayanacaqlar da daxil olmaqla, atlar 6000 km məsafə qət ediblər.
Aysel Şahmar