27.04.24 | Bakı 26.03° C |
12:04:54
Lent :

Dünya şöhrətli rejissordan ikibaşlı qınaq: Qəzzada öldürülən...

14:00 28.03.2024
GÜNDƏM
ads

Dünya şöhrətli amerikalı rejissor Stiven Spilberq ABŞ-dakı “USC Shoah” Fondunda çıxışında marjinallaşma, ekstremizm və radikallığın cəmiyyətlər arasında təhlükəli uçurum yaratdığını bildirib.

Publika.az xəbər verir ki, Spilberq sui-qəsd nəzəriyyələrinin və cəhalətin səbəb olduğu siyasi zorakılığın dayandırılmasının həyati əhəmiyyət daşıdığını, keçmişdən dərs alınmasının vacibliyini vurğulayıb.

“Keçmişi xatırlamayanlar onu təkrarlamağa məhkumdurlar. Tarixin təkrarına məruz qala biləcəyimiz vəhşilik və zülm qarşısında bir daha yəhudi olmaq haqqımız üçün mübarizə aparmalı ola bilərik. Mən bunun üçün getdikcə daha çox narahat oluram”,- rejissor deyib.

Spilberq əlavə edib: “Biz 7 oktyabrda törədilən iyrənc hərəkətlərə qəzəblənə, eyni zamanda Qəzzada günahsız qadın və uşaqların öldürülməsini pisləyə bilərik”.

Roza Şəfiyeva


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    26.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az