Aleksandr Lukaşenko deyib ki, respublikanın sərhədini qorumaq üçün ciddi hazırlaşmaq lazımdır, çünki Polşa, Litvada və digər Baltikyanı ölkələrdə Belarusa qarşı mübarizə aparmaq üçün dəstələr yaradılır.
Publika.az xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.
Belarus rəhbərinin sözlərinə görə, dövlət sərhədinin mühafizəsi ilə bağlı qərar bir neçə amillə müəyyən edilir:
“Cənubda münaqişə gedir, qərbdə isə Baltikyanı ölkələr komandirlər hazırlayır. Biz heç nəyi əldən verməməliyik... Biz heç bir halda sərhədimizdə hadisələrin təsadüfi inkişafına imkan verməməliyik", - Lukaşenko yekunlaşdırıb.
Tural