Qərb ölkələri Ukraynaya hərbi yardım göstərməkdə dönüş nöqtəsinə gəliblər.
Publika.az xəbər verir ki, bu barədə “National Interest” məlumat yayıb.
"NATO Ukraynanın Rusiyaya qarşı müdafiəsinə verdiyi dəstəkdə böyük dönüş nöqtəsini yaşayır. Bayden administrasiyası ABŞ-ın bir neçə avropalı müttəfiqi ilə ittifaqda Rusiyadakı hədəflərə zərbələr endirmək üçün Amerika silahlarından istifadəni təsdiqləyib", - deyə məqalədə qeyd edilir.
Bundan əlavə, bildirilir ki, NATO təlimatçılarının Ukraynaya göndərilməsi perspektivi yüksək riskli vəziyyət yaradır. Yazılır ki, Amerika, Fransa və ya digər hərbçilər Rusiya ordusunun qəsdən və ya təsadüfi hücumlarına qarşı həssas olacaqlar.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin ölkənin Ukraynaya uzaqmənzilli silahların tədarükünə asimmetrik cavab vermək hüququnu elan edib və bazalarından dövlətlərin həssas hədəflərinə zərbə endirmək mümkün olan regionlara silah göndərilməsinin mümkünlüyünü qeyd edib.
Bir sıra Avropa ölkələri Ukraynaya hərbi qüvvə göndərmək niyyətini inkar edib, xüsusilə İtaliya Xarici İşlər Nazirliyi bildirib ki, Ukraynaya qoşun göndərmək Rusiya ilə müharibəyə girmək deməkdir. Almaniyanın müdafiə naziri NATO qoşunlarının göndərilməsi ideyasını istisna edib və əlavə edib ki, belə bir qərar yalnız münaqişənin gərginləşməsinə kömək edəcək.
Adəm