03.04.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

Dənizdə batan qızları xilas etmək istəyən gənc özü də boğuldu -

09 avq 2023 06:00
GÜNDƏM
ads

Lənkəranın Sütəmurdov kəndi ərazisində yaşanan faciənin təfərrüatı məlum olub.

Belə ki, dənizdən meyitləri tapılanlar 2001-ci il təvəllüdlü Ramin Tahir oğlu Məmmədzadə və 2008-ci il təvəllüdlü Aysu Rafiq qızı Qəhrəmanzadə olub.

Milli.Az "report"a istinadən bildirir ki, 2003-cü il təvəllüdlü Zeynəb Ramin qızı Əliyeva isə FHN-nin xilasediciləri tərəfindən sudan çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Zeynəb və Aysu xalaqızı olublar. Qızların boğulduğunu görən Ramin özünü çatdırıb və onlardan birini xilas edə bilib. Lakin ikinci cəhdi uğursuz olub və Aysunu xilas edərkən hər ikisi boğulub.
Meyitlər dənizdən Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış xilasediciləri tərəfindən çıxarılıb.

Xatırladaq ki, dünən eyni ərazidə beş nəfər boğulma təhlükəsi ilə üzləşib. Onlardan ikisi dünyasını dəyişib, üçü xilas olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az 


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur