04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Ermənilər Paşinyana inanırlar?

06 fev 2024 12:00
GÜNDƏM
ads
Advertisement

Fevralın 6-da Ermənistanda “GALLUP Beynəlxalq Assosiasiyası”nın tamhüquqlu üzvü MPG MMC-nin direktoru Aram Navasardyanın mətbuat konfransı keçirilib.

Publika.az xəbər verir ki, mətbuat konfransında Ermənistanın Baş naziri Nikol Paşinyanla bağlı keçirilən son sorğunun nəticələri açıqlanıb.

“ER-in baş naziri Nikol Paşinyana nə dərəcədə etibar edirsiniz” sualına respondentlərin 15,1%-i “tam etibar edirəm” cavabını verib. Qeyd edək ki, 2023-cü ilin noyabrında keçirilən sorğulara əsasən, respondentlərin 20,4%-i Paşinyana “tam etibar edir”.

Respondentlərin 13,9%-i “Mən daha çox güvənirəm” (noyabrda 13,2%) cavabını verib. “Mən güvənmirəm” cavabını verənlərin sayı isə 28,3% (əvvəlki 18,6%) olub.

Respondentlərin 38,1%-i (35,5%) “Nikol Paşinyana ümumiyyətlə inanmadığını” bildirib. 4,6% (12,3%) sorğuya cavab verməkdə çətinlik çəkib. Belə ki, araşdırma mərkəzinin Ermənistan ofisinin sorğuları baş nazir Nikol Paşinyanın reytinqinin aşağı düşdüyünü göstərir.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur