02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Çex siyasətçi çıxışı ilə Fidel Kastronun birinciliyini əlindən aldı

19 yan 2024 22:00
GÜNDƏM
ads
Advertisement

Çexiyanın müxalif “Azadlıq və Birbaşa Demokratiya” hərəkatının lideri Tomio Okamura ölkə parlamentində rekord uzunluqda çıxış edib. Ölkə vətəndaşları üçün poçtla səsvermənin mümkün tətbiqi ilə bağlı debatda danışan siyasətçinin nitqi 10 saat 44 dəqiqə davam edib.

Publika.az xəbər verir ki, Okamura həmkarlarını əvvəlcədən xəbərdar edib ki, o, bir il əvvəlki rekordunu üstələmək niyyətindədir. Həmin vaxt o, 7 saat 7 dəqiqə fasiləsiz danışıb.

Beləliklə, müxalifətçi təkcə özünü deyil, 1998-ci ilin fevralında Kuba parlamenti qarşısında 7 saat 15 dəqiqə çıxış edən Fidel Kastronu da keçə bilib.

Məlumata görə, nitqinin dördüncü saatından sonra siyasətçi pencəyini çıxarmalı olub, iki saatdan sonra o, həmkarlarına qəhvə gətirmələrinə işarə edib, ancaq bir stəkan su ala bilib.

Qeyd edək ki, Çexiya parlamentində partiya liderlərinin çıxışı zamanla məhdudlaşmır. Nəticədə Okamuranın çıxışından sonra müzakirənin növbəti günə təxirə salınması qərara alınıb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur