15.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Cənubi Koreya Prezidenti HƏBS EDİLDİ

15 yan 2025 07:00
GÜNDƏM
ads
Advertisement

Dövlət Antikorrupsiya Agentliyinin müstəntiqləri Cənubi Koreya Prezidenti Yun Sok Yolu Seulda qiyam ittihamı ilə həbs ediblər.

QÜTB.AZ xəbər verir ki, bu barədə "Yonhap" agentliyi yazırv.

Nəşr qeyd edir ki, vəzifədə olan prezidentin istintaq orqanı tərəfindən həbs edilməsi ölkənin tarixində görünməmiş bir haldır.

Bundan bir qədər əvvəl təhlükəsizlik qüvvələri Yun Sok Yolu həbs etmək üçün Seuldakı prezident iqamətgahının ərazisinə daxil olublar. Onlar üç barrikada xəttini dəf etməli olublar.

Yun Sok Yolun vəkilləri onun könüllü olaraq təslim olması ilə bağlı müstəntiqlərlə danışıqlar aparıblar .

Müstəntiqlər Cənubi Koreya prezidentini həbs etmək üçün ilk cəhdini yanvarın 3-də ediblər . Nəticədə dövlət başçısını həbs etməyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları ilə hərbçilər arasında toqquşma baş verib. Həmin gün təhlükəsizlik məqsədilə həbs qərarının icrasının dayandırılması qərara alınıb.

Dekabrın 31-də Cənubi Koreyada məhkəmənin fəaliyyəti dayandırılmış prezident Yoon Seok-Yeolun həbsinə order verdiyi bildirilir. Yun Sok Yol hərbi vəziyyətlə bağlı üç dəfə dindirilməyə gəlmədiyi üçün müstəntiqlər order üçün müraciət ediblər. Bu, Cənubi Koreya tarixində ilk dəfədir ki, bir prezidentə qarşı həbs qərarı verilib.

Dekabrın 27-də Cənubi Koreya parlamentinin üzvləri ona impiçment elan ediblər.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur