Avqustun 2-də yeni seçilmiş prezident Məsud Pezeşkianın fərmanı ilə strateji məsələlər üzrə vitse-prezident vəzifəsinə təyin edilmiş İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif istefa verib.
QÜTB.AZ xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Diplomatın mümkün postunu tərk etməsinə səbəb yeni hökumətin tərkibi ilə bağlı fikir ayrılıqları ola bilər. Təklif olunan 19 namizəd arasında yalnız bir qadın var.
“Mən işimin nəticəsindən narazıyam və utanıram ki, söz verdiyim şəkildə qadınların, gənclərin və etnik azlıqların iştirakı ilə bağlı xüsusi komitələrin fikirlərini adekvat cəlb edə bilmədim... Digər səbəblərlə yanaşı, mənim üçün universitetdə müəllim yolunu davam etdirmək imkanı açıldı”, - deyə Zərif bildirib.
Sabiq xarici işlər naziri həmçinin yeni hökumətin nümayəndələrinə uğurlar arzulayıb və Nazirlər Kabinetinə namizədlərin seçimində iştirak etmək imkanına görə prezidentə təşəkkür edib.
Avqustun 11-də İran prezidenti Pezeşkian yeni nazirlər kabinetinin formalaşdırılmasını təklif etdiyi siyasətçilərin siyahısını ölkə Məclisinə (parlament) təqdim edib .
Hüseyn İbadlı