Azadlıq Legionunun ukraynalı əsgəri Maksim Morozov Rusiya-Ukrayna müharibəsinin dondurulmasının mümkünlüyünü təklif edib.
Publika.az xəbər verir ki, o, bu barədə jurnalist Natalya Moseyçuka müsahibəsində bildirib.
“Kiyevdə ümidsizliyə səbəb olan çoxlu neqativlik var" deyən Morozov bildirib ki, əsgərlərlə ünsiyyətdəsən, məyus olursan, insanlarla ünsiyyətdəsən, ruhdan düşürsən, siz isə könüllülərlə ünsiyyət qurursunuz, amma könüllü missiyalar üçün də artıq kifayət qədər insan yoxdur.
Hərbçi Azərbaycan xalqından nümunə götürməyə çağırır: “Səbrli olun. Avropa və Amerikada hakimiyyət dəyişikliyindən asılı olmayaraq, şansınızı gözləyin. Bəli, “dondurdular” (Qarabağ müharibəsini – red.) Əgər bizim hörmətli ekspertlərimiz, hörmətli hərbçilərimiz bizim şansımızın olmadığını görsələr, bizi qələbəyə aparan şansdan istifadə etməliyik”.
O deyib ki, “Dondurulma mümkündür, başqa şanslar – hər şey mümkündür. Bu barədə indi Ali Baş Komandan danışmalıdır. Taleyin yazdığı kimi, indi prezidentin real gücü var”.