Qan qrupu təkcə idrak qabiliyyətə deyil, həm də insanın görünüşünə təsir edən amillərdən biridir.
Publika.az xəbər verir ki, alimlərin araşdırmasının nəticələrini “Planet Today” saytında yayımlanıb.
Qərb ekspertlərinin fikrincə, birinci qan qrupu olanlar güclü cazibədarlığı və qeyri-adi cəlbediciliyi ilə seçilirlər ki, bu da onları əks cinsə daha maraqlı edir.
Alimlər həmçinin aşkar ediblər ki, ikinci və üçüncü qan qrupunun daşıyıcıları həyat boyu unikal istedadlar nümayiş etdirir və vəhşi xarizmaya malik olurlar. Bundan əlavə, onlar peşəkar karyerada da yüksək səmərəlilik nümayiş etdirirlər. Ancaq dördüncü qan qrupu olan insanlarda qayğıkeşlik və həssaslıq kimi xüsusiyyətlər daha çox nəzərə çarpır, lakin bəzən soyuqqanlılıq və təmkin göstərə bilirlər. Mütəxəssislər bu cür insanları "məxsusi cazibəsi olan romantiklər" adlandırıblar.