Bakı-Astara, Bakı-Bərdə, Bakı-Qax, Bakı-Şəki, Bakı-Oğuz, Bakı-Qəbələ, Bakı-İsmayıllı, Bakı-Ağdaş, Bakı-Kürdəmir, Bakı-Cəlilabad, Sumqayıt-Göyçay, Gəncə-Lənkəran, Gəncə-Mingəçevir, Şəki-Oğuz, Mingəçevir-Göyçay, Mingəçevir-Ağdaş, Neftçala-Salyan və Salyan-Neftçala şəhərlərarası avtobus marşrutları müsabiqəyə çıxarılır.
Bu barədə QÜTB.AZ Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Astara, Bakı-Bərdə, Bakı-Qax, Bakı-Şəki, Bakı-Ağdaş və Bakı-İsmayıllı istiqamətlərində 6 Lot üzrə fevralın 4-də;
Bildirilir ki, Bakı-Kürdəmir, Bakı-Qəbələ, Bakı-Cəlilabad və Bakı-Oğuz istiqamətlərində 6 Lot üzrə fevralın 7-də, Sumqayıt-Göyçay, Gəncə-Lənkəran, Gəncə-Mingəçevir və Şəki-Oğuz istiqamətlərində 5 Lot üzrə fevralın 11-də, Mingəçevir-Göyçay, Mingəçevir-Ağdaş Neftçala-Salyan və Salyan-Neftçala istiqamətlərində 5 Lot üzrə fevralın 14-də baxılacaq.
Sənədlər 25 yanvar 2025-ci il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.