07.07.25 | Bakı 26.03° C |
10:06:25
Lent :

Baş nazirin reytinqi aşağı düşüb

07 iyl 2025 01:00
DÜNYA
ads

Böyük Britaniyanın Baş naziri Kir Starmerin reytinqi hakimiyyətə gələndən bəri ən aşağı səviyyəyə düşüb.

 

Qutb.az “The Sunday Times”a istinadla xəbər verir ki, vətəndaşların əksəriyyəti onun hökumətini keçmiş Mühafizəkarlar hökuməti qədər xaotik hesab edirlər.

 

“More in Common” tədqiqat mərkəzinin keçirdiyi sorğuya əsasən, seçicilər Baş naziri 5 milyard funt sterlinq dəyərindəki sosial müavinətlərin azaldılması planından geri çəkildiyinə görə günahlandırırlar. Bu qərardan imtina maliyyə naziri Reyçel Rivzin parlamentdə emosional anlar yaşaması ilə yanaşı, ictimai etimadın daha da azalmasına səbəb olub.

 

Aparılan sorğunun nəticələri Starmerin təsdiq reytinqinin -43 olduğunu göstərib. Bildirilib ki, seçicilərin 70 faizi Leyboristlər hökumətinin əvvəlki Mühafizəkar hökumət qədər, bəzən isə ondan da çox qeyri-sabit olduğunu düşünür.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
26.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur