Bu gün 48 yaşını qeyd edən məşhur aktrisa Nurgül Yeşilçay bir ayda 17 kq arıqlaması ilə bağlı yayılan iddialara aydınlıq gətirib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa 30 gündə 17 kilo arıqlamadığını deyib.
“Bir ayda 17 kq arıqlaya bilməzsən. 2 ildə 15 kq. Hətta ilk aylarda heç cür çəki ata bilmirsən və pəhrizdən imtina etmək istəyirsən. Vaz keçməsən, artıq arıqlamağa başlayarsan", - intervallı oruc saxlamaqla istədiyi çəkiyə düşən Nurgül Yeşilçay vurğulayıb.
Qeyd edək ki, aktrisa keçən il verdiyi müsahibədə artıq çəkidən çox çətinliklə xilas olduğunu bildirmişdi:
"Dostlar, acından ölürdüm, öyrəşənə qədər çox çətin idi. Gecə yatmazdan dörd saat əvvəl yemək yemirsəm, səhər oyandıqdan sonra dörd saat ac qalırsan, sonra yemək yeyirsən. Mümkün qədər şirniyyat və şokolad yeməyin. Bir az diqqət etməlisən.
16 saat ac qalıram... Səhər yeməyini gec yeyirəm və nə yediyimə çox diqqət edirəm. Göz altı torbalarım üçün yumurta ağından, selülitim üçün isə filtre qəhvədən istifadə edirəm. Bir müddət bu zəiflikdən həzz almaq istəyirəm”.