25.05.25 | Bakı 17.03° C |
10:06:25
Lent :

Xəzərin sahillərində 110-dan çox ölü suiti tapıldı

25 may 2025 18:01
GÜNDƏM
ads

Qazaxıstanın Manqistau vilayətinin Fort Şevçenko şəhəri yaxınlığında Xəzər dənizi sahilində 117 ölü suiti aşkarlanıb.

 

Qutb.az xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyinin balıqçılıq komitəsi məlumat yayıb.

 

Qeyd olunub ki, ölmüş heyvanlar Tupkaraqan rayonunda Fort Şevçenko şəhərinin Asan, Mıs Bautin və Mıs Urdyuk ərazilərində tapılıb:

 

“Cəsədlərin parçalanmasına baxsaq, tapılan suitilər ötən ilin noyabr-dekabr aylarında ölüb. Suiti səcədləri yığılaraq sanitar normalara riayət etməklə poliqonda məhv edilib”.

 

Vurğulanıb ki, 2024-cü ilin noyabrından tapılan ölü suitilərin ümumi sayı 2194-ə çatıb.

 

Xəzər suitisi endemikdir və bu dənizin faunasında məməlilərin yeganə nümayəndəsidir. Onun əsas qida mənbəyi balıqlar, əsasən kilkə, aterinkimilər, həmçinin molyuska və krevetlərdir. Bu heyvanların yaşam tərzi mövsümi miqrasiya ilə xarakterizə olunur: onlar qışda dənizin şimal hissəsində cəmləşir, istilərin başlaması ilə Orta və Cənubi Xəzər dənizinə köç edirlər.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
17.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur