28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Rusiya ilə mümkün münaqişəyə hazır deyilik

13 dek 2024 18:00
DÜNYA
ads

NATO-nun baş katibi Mark Rutte Rusiya ilə mümkün münaqişə təhlükəsinə qarşı kifayət qədər hazırlığın olmadığını bildirib.

QÜTB.AZ xəbər verir ki, Rutte Belçikanın paytaxtı Brüsseldə “Carnegie Europe” analitik mərkəzinin təşkil etdiyi tədbirdə çıxış edib.

O, müdafiə istehsalı və xərclərinin artırılmasının NATO-nun mütləq prioriteti olduğunu bildirib: "Bu, hamımızdan daha sürətli və daha sərt olmağımızı tələb edir. Müharibə zehniyyətinə keçmək və müdafiə xərclərimizi tam artırmaq zamanıdır”.

Rutte Avro-Atlantik regionun təhlükəsizliyinə Rusiya, Çin, Şimali Koreya və İrandan ciddi təhdidlər olduğunu iddia edib. O, bugünkü vəziyyətin nə müharibə, nə də sülh olduğunu qeyd edib:

“NATO-nun təsiri hələ də var, amma sabahdan narahatam. Alyans yaxın 4-5 ildə gözlənilən risklərə kifayət qədər hazır deyil”.

Qeyd edək ki, 2025-ci il yanvarın 20-də ABŞ-da prezident kürsüsünə keçməyə hazırlaşan Donald Tramp da müdafiəyə kifayət qədər vəsait ayırmayan NATO ölkələrini ABŞ-ın müdafiə etməyəcəyini bildirib.

Roza

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur