Belçika Silahlı Qüvvələrinin istefada olan general-leytenantı Mark Tis hesab edir ki, Avropa hipotetik münaqişəyə cəlb olunarsa, özünü müdafiə etmək üçün heç bir şansı olmayacaq.
Publika.az xəbər verir ki, bu barədə “Merkur.de” məlumat yayıb.
"Müharibə başlayandan bir neçə saatdan sonra biz daş atmalı olacağıq. Artıq pis vəziyyətdəyik. Əsas problem yüksək keyfiyyətli döyüş sursatının az olmasıdır. Və onu bu gün sifariş etsəniz, yerinə yetirilməsi üçün yeddi ilə qədər gözləməli olacaqsınız”, - Tis bildirib.
General əlavə edib ki, Avropa İttifaqının orduları ekspedisiya əməliyyatları üçün yaradılıb. Bunlar müvafiq miqdarda maddi-texniki dəstəyi olan kiçik kontingentlərdir.
Tural