02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

“Qazprom” çökür? – Şirkətin səhmləri son on ilin ən aşağı...

13 iyn 2024 13:00
GÜNDƏM
ads
Advertisement

"Qazprom" şirkətinin səhmləri son on il ərzində yalnız 2017-ci ilin iyununda aşağı düşüb və 111,46 rubl (47.5946 AZN) təşkil edib.

Publika.az bu barədə Rusiya saytlarına istinadən xəbər verir.

13 iyun 2024-cü il, yerli vaxtla saat 13:30-a olan məlumata görə, şirkətin səhmləri günün əvvəlindən 1,3 faiz azalaraq 116 rubla (-163.0784 AZN) düşüb. Bu nəticə həm də 2017-ci ilin sentyabrından bəri minimum göstəricidir.

“Qazprom”un kapitallaşması 2021-ci ilin oktyabrında tarixi maksimuma çatıb. Sonra bir səhm 397,64 rubla (594.1984 AZN) yüksəlib. O vaxtdan bəri 3,4 dəfə ucuzlaşma olub.

Bundan əvvəl “Qazprom” məlumat vermişdi ki, 2023-cü ilin sonunda qaz hasilatı 359 milyard kubmetrə qədər azalıb ki, bu da şirkət üçün tarixi minimumdur. Həmçinin beynəlxalq maliyyə hesabatları standartlarına (BMHS) əsasən, əsrin dörddə birində ilk dəfə olaraq 629 milyard rubl (12,013,899,844.4373 AZN) məbləğində zərər qeydə alınıb.

Bu fonda “Qazprom”un Direktorlar Şurası il üçün dividend ödəməkdən imtina etməyi tövsiyə edib. Bu cür açıqlamalardan sonra mayın əvvəlindən "Qazprom"un kapitallaşmasında azalma müşahidə olunur.

Hazırkı kəskin ucuzlaşma həm də ABŞ-ın Moskva Birjası və Milli Klirinq Mərkəzinə (MKM) qarşı sanksiyaları ilə bağlıdır ki, bu da dollar və avro ilə ticarətin dayandırılmasına səbəb olub.

Adəm


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur