29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Şahramanyanın avtomobili buna görə müsadirə edilib: narkotik alveri ilə...

02 iyl 2024 06:00
GÜNDƏM
ads

Separatçıların İrəvana qaçan sonuncu “başçısı” Samvel Şahramanyanın "xidməti" avtomobili narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işi çərçivəsində müsadirə edilib.

Publika.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”-ın sorğusuna cavab olaraq İstintaq Komitəsi məlumat yayıb.

İyunun 21-də Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları separatçıların İrəvandakı nümayəndəliyinin qapısını sındıraraq Samvel Şahramanyanın xidməti avtomobilini evakuatorla aparıblar. Eyni zamanda, İstintaq Komitəsinin əməkdaşı heç bir məhkəmə qərarı təqdim etməyib, sadəcə, avtomobilin cinayət işi çərçivəsində götürüldüyünü bildirib.

“İstintaq Komitəsinin İrəvan şöbəsinin Kentron və Nork-Maraş inzibati ərazi dairələri üzrə istintaq şöbəsində Cinayət Məcəlləsinin 393-cü maddəsinin 1-ci hissəsi və 396-cı maddəsinin 1-ci bəndi ilə (hər iki maddə narkotik vasitələrin qanunsuz dövriyyəsinə aiddir - red.) 004 UU 90 dövlət nömrə nişanlı Camry 2.5 markalı avtomobili müsadirə edilib”, - deyə məlumatda bildirilir.

Yada salaq ki, 2024-cü ilin fevralında hüquq-mühafizə orqanları Şahramanyanın mühafizəçisi Aşot Danielyanı 2 sutka saxlayıb. O, narkotik maddə saxlamaq və satmaqda şübhəli bilinərək saxlanılıb.

Akqabay


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur