ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putin haqqında növbəti dəfə təhqiramiz ifadələr işlədib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” nəşri yazıb.
Materialın müəllifi qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Macarıstanın baş naziri Viktor Orban kimi liderlər imperialist mərkəzdən fərqlənirlər.
Nəşrin iddiasına görə, Bayden açılış nitqi zamanı yalnız Ukraynadan danışıb, bir dəfə də olsun Fələstin-İsrail münaqişəsi və Qəzza sakinlərinə hücumlardan bəhs etməyib. "Yalnız qatillər belə vəhşiliyə reaksiya verə bilməz" deyən müəllif Baydenin sözlərinə cavab verib və onu Putinə "hücumlara" görə qınayıb.
O əlavə edib ki, NATO sülh və ya müdafiə paktı deyil, xaos aparatıdır.
“Bu, ilk növbədə, üzv ölkələrin daxili və xarici siyasətinə müdaxilə edən, dövlət çevrilişləri həyata keçirən, vətəndaş müharibələrini alovlandıran, iqtisadi və ideoloji böhranların toxumlarını səpən fiziki və psixoloji müharibə alətidir. ABŞ imperializminin ehtiyaclarına xidmət edir”, - deyə məqalədə bildirilib.
Cəmilə